Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Şuşa rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Şuşa rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir. May ayının 3-də YAP Şuşa rayon təşkilatının 4 nömrəli ərazi partiya təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı tədbir keçirilib.
İcxeberinfo.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Şuşa rayon təşkilatının 4 nömrəli ərazi partiya təşkilatının sədri,Şuşa rayon 7 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizin inkişaf edib, dünyada söz sahibinə çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
Daha sonra çıxış edən YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev qeyd edib ki ,bu gün ölkəmiz, Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Cənab Prezidentin YAP sədri kimi də fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini deyən Elmir Rzayev YAP üzvü olmağın həm fəxarətli, həm də məsuliyyətli olduğunu ifadə etmişdir.
Sonra Ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub.




