
Rusiya və Ukrayna arasında hazırda davam edən müharibədə təqribən 2000 Şimali koreyalı əsgər ölüb.
Icxeberinfo.az “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın kəşfiyyat xidməti yayıb.
Bildirilib ki, Şimali koreyalı hərbçilər müharibədə Rusiyaya kömək etmək üçün göndərilib.
Seulun Milli Kəşfiyyat xidmətinin məlumatına görə, aprel ayında bu rəqəm 600 idi. Lakin yenilənmiş məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsində ölən Şimali Koreya hərbçilərinin sayı hazırda 2000-ə çatır.