Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı mühüm məsələlərə toxunub. Dövlət başçısı qeyd edib ki, hadisənin ilk anından etibarən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün operativ qərarlar qəbul olunub. Təcili tibbi yardım qrupları və xilasedicilər hadisə yerinə vaxtında çatdırılıb. Prezident İlham Əliyev pilotların göstərdiyi böyük qəhrəmanlığı xüsusi olaraq vurğulayıb. Təyyarəni çətin şəraitdə yerə endirən pilotlar insanların həyatını xilas edə biliblər. Müsahibədə Prezident İlham Əliyev hadisənin səbəblərinin tam araşdırılacağını bəyan edib. Təfərrüatların şəffaf şəkildə araşdırılması və nəticələrin ictimaiyyətlə paylaşılması vacib məqam kimi qeyd olunub. Günahı etiraf etmək və lazımi anda üzr istəmək vəzifəsi xüsusilə diqqətə çatdırılıb.
Prezident İlham Əliyev faktların gizlədilməsini və reallığın inkar edilməsini cəfəngiyyat adlandırıb. O bildirib ki, belə hallar həm məsuliyyətsizlik, həm də cəmiyyətin etimadını itirmək deməkdir. Azərbaycanın bu hadisəyə maksimum ədalətli yanaşdığı vurğulanıb. Prezident İlham Əliyev onuda qeyd edib ki, ədalət prinsipinə əsaslanmaq dövlətin başlıca prioritetlərindən biridir. Hadisə zamanı Qazaxıstan hökumətinin nümayiş etdirdiyi dəstək xüsusi minnətdarlıqla qarşılanıb. Qazaxıstanın həmrəyliyi Azərbaycan üçün dostluq əlaqələrinin güclənməsinin göstəricisi olub. AZAL-ın bəzi uçuşları müvəqqəti dayandırmaq qərarı da müsahibədə müzakirə olunub. Bu qərarın sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün qəbul edildiyi bildirilib. Prezident İlham Əliyev Azərbaycanın Rusiyadan obyektiv araşdırmalar aparılmasını tələb etdiyini qeyd edib. Dövlət başçısı bu məsələdə Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşdığını vurğulayıb. Pilotların və bütün ekipajın fədakarlığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyev qeyd edib ki, belə çətin məqamlarda peşəkarlıq və məsuliyyət bir daha ön plana çıxır. Təyyarə qəzası zamanı sərnişinlərin xilas edilməsi Azərbaycan dövlətinin gücünün və çevik reaksiyasının sübutudur. Prezident İlham Əliyev hadisədən dərs çıxarmağın vacibliyini vurğulayıb. O bildirib ki, gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün bütün lazımi tədbirlər görüləcəkdir.
Eyni zamanda, Azərbaycan hər zaman öz vətəndaşlarının təhlükəsizliyini prioritet hesab edir. Hadisənin səbəblərinin araşdırılmasında beynəlxalq standartlara uyğun fəaliyyət göstəriləcəyi qeyd olunub. Azərbaycan tərəfi həm öz imkanlarını, həm də mütəxəssislərini bu istiqamətə səfərbər edib. Qazaxıstanın həmrəyliyi ilə yanaşı, digər ölkələrin də məsələyə reaksiyaları diqqət mərkəzində olub. Prezident İlham Əliyev müsahibəsində həmçinin gözdən pərdə asmaq və ictimaiyyəti yanıltmaq cəhdlərinə sərt yanaşdığını qeyd edib. Dövlət başçısı bu yanaşmanın yalnız məsuliyyətsizlik deyil, həm də cəmiyyətə hörmətsizlik olduğunu vurğulayıb. Belə hallar hər bir dövlət qurumunun qarşısını almalı olduğu ən böyük problemlərdən biridir. Müsahibənin sonunda Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu hadisədən sonra daha da güclü və məsuliyyətli bir mövqe nümayiş etdirəcəkdir. Təhlükəsizlik, ədalət və şəffaflıq prinsipləri Azərbaycanın dövlət siyasətində hər zaman əsas yer tutur. Bu qəza ölkəmizin təcrübəsini artıraraq gələcəkdə daha güclü müdafiə mexanizmləri qurmasına imkan yaradacaq.
Sahil Əliyev,
YAP-ın gənc fəalı