10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanat, Azərbaycan xalqının tarixi mübarizəsinin qələbə ilə nəticələndiyini rəsmiləşdirdi. Bu sənəd Ermənistanın illərlə davam edən işğalına son qoydu və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 10 noyabr Bəyanatı ilə regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşdı. “Dağlıq Qarabağ” adlı ərazi anlayışı tarixə qarışdı və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu tamamilə təsdiq olundu. Azərbaycan həmçinin beynəlxalq arenada sülhsevər siyasətini davam etdirərək regional əməkdaşlıq üçün yeni imkanlar yaratdı.
Azərbaycanın bu zəfəri təkcə hərbi müstəvidə deyil, həm də siyasi və diplomatik sahədə böyük uğurlara yol açdı. Ermənistanın işğalçı siyasətinə son qoyuldu və “Dağlıq Qarabağ” adlı separatçı struktura dair hər hansı bir hüquqi iddia artıq arxivə göndərildi. Üçtərəfli Bəyanatla, Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi tanındı. Bu həm də o deməkdir ki, Azərbaycan bu münaqişədə yalnız hərbi üstünlük əldə etməklə kifayətlənmədi, həm də beynəlxalq hüquq və siyasi müstəvidə böyük bir zəfər qazandı.
Üçtərəfli Bəyanat Azərbaycanın tarixi qələbəsinin rəsmiləşməsi ilə yanaşı, regionda yeni siyasi və iqtisadi reallıqların əsasını qoydu. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, həm də bütün dünyaya haqqın və ədalətin qalib gəldiyini göstərdi. Bu, Azərbaycanın müasir tarixində həm hərbi, həm də siyasi baxımdan qazanılmış ən böyük uğurlardan biri kimi əbədi qalacaq.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi