Analitika

Şuşa şəhərində birinci yaşayış kompleksinin açılışı

Azərbaycan öz torpaqlarını azad etməklə dayanıqlı sülhə, tərəqqiyə əsaslanan, bir çox ölkələrə nümunə olan, irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub. 2030-cu ilədək Azərbaycanın beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”dır. “Böyük Qayıdış” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.Dövlət başçısı İlham Əliyev mayın 10-da Şuşa şəhərində birinci yaşayış kompleksinin açılışında iştirak edib bura köçmüş  sakinlərdə görüşündə  bildirdi ki, işğal dövründə Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər.İşğal dövründə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və havadarları bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına sevgisi sonsuzdur.Qısa müddət ərzində işğaldan azad edilən torpaqların abadlaşdırılması,eyni zamanda, onun göstəricisidir ki, torpaqların həqiqi, əsl sahibi məhz Azərbaycan xalqıdır və bunu bütün dünya da artıq görmüş oldu.

Azərbaycan dövlətinin Qarabağda fəaliyyəti təkcə bərpa-quruculuq prosesləri ilə bitmir: “Dövlətin qarşıya qoyduğu məqsədlər bir tərəfdən təhlükəsizlik problemlərinin həlli, ərazilərin minalardan təmizlənməsi, digər tərəfdən dağılmış iqtisadiyyatın bərpası, yeni iş yerlərinin yaradılması və insanların sosial müdafiəsinin gücləndirilməsidir.


Şakir Abbasov,
YAP Şuşa rayon təşkilatının 8 nömrəli ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button