GündəmSəhiyyə

Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub

Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.

İcxeberinfo.az “Report”a istinadən xəbər verir ki, 4 nömrəli Xəstəxananın baş həkim vəzifəsinə Bahadır Mahmudov təyin olunub.

STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.

Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli Xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.

Oxşar Xəbərlər

Back to top button