Gündəm

“Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihəyə start verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən sosial media ekspertləri, blogerlər, aktivistlər və ictimai fəalların iştirakı ilə “Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin açılış tədbiri keçirilib.

İcxeberinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin həmtəsisçisi Abbas Pənahov layihə haqqında iştirakçılara sosial media resurslarında feyk xəbərlərlə mübarizə haqqında məlumat verib.

Daha sonra çıxış edən bloger, sosial media üzrə ekspert Adnan Hüseyn saxta xəbər, misinformasiya, dizinformasiya və onlarla mübarizə metodları haqqında geniş təlim keçib.

Qeyd edək ki, təlimlər 3 gün davam edəcək və EDX.com təhsil portalı ilə əməkdaşlıq çərçivəsində layihənin yekununda 20 fəal iştirakçı ABŞ-ın Miçiqan Universitetinin onlayn kursunu başa vurmaqla sertifikatlara yiyələnəcək.

Oxşar Xəbərlər

Back to top button