GündəmSosial

Şəhid Alıyev Qələndər Nofəl oğlunun əziz xatirəsi yad edilib

Vətən müharibəsinin şəhidi Alıyev Qələndər Nofəl oğlunun anım günü ilə əlaqədar şəhidin əziz xatirəsi yad edilib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, RİHBA-nın məsul əməkdaşları və ictimaiyyət nümayəndələri Sabunçu rayonunda yerləşən Şəhidlər Xiyabanında şəhid Alıyev Qələndər Nofəl oğlunun məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Şəhidin keçdiyi şərəfli döyüş yolundan və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söz açılıb.

Daha sonra şəhidin ailə üzvləri və yaxınları ilə görüş keçirilib. Görüş zamanı şəhid ailəsinə diqqət və qayğı göstərilib, onların qayğıları ilə maraqlanılıb və xoş arzular çatdırılıb.

Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad edilir. Onların qəhrəmanlığı və Vətən sevgisi gələcək nəsillər üçün örnəkdir. Şəhidlərin ailələrinə göstərilən diqqət və qayğı isə bundan sonra da davam etdiriləcək.

Şəhid Alıyev Qələndər Nofəl oğlunun əziz xatirəsi hər zaman ehtiramla anılacaq.

Oxşar Xəbərlər

Back to top button