Analitika

Şanlı qələbəmiz ilə bitmiş 44 günlük Vətən müharibəsi haqda hələ çox danışılacaq

Azərbaycan region olaraq hər zaman düşmən dairələrin diqqətində olub . Bu da tarixən torpaqlarımızın hücumlara məruz qalmasına gətirib çıxarıb. Azərbaycana qarşı aparılan düşmənçilik siyasəti isə 200 ildən çoxdur ki davam edir. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin Çar Rusiyası zamanı köçürüldüyü gündən konfliktlər başlayıb.Ermənilər məskunlaşdıqları ərazilərdə Azərbaycana aid toponimləri dəyişməyə başlamış , münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışdılar.

Tarix təkrarlanır ifadəsi elə burda yerinə düşür. Necə deyərlər nə tökərsən aşına , o da çıxar qaşığına…Bəli, düşmənin ərazilərimizə basqını, soyqırım siyasəti və daha nələr nələr haqda çox danışa bilərik .. Amma onlar düşündülər ki , bu cavabsız qalacaq? Xeyr, güclənən Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında sentyabr ayının 27-də tarixi zəfər yolunda addımlamağa başladı . 44 gün ərzində düşmənə dərs verdi.. Bu tək Ermənistana yox vandalların havadarlarına da gözəl dərs oldu. Onlar da anlamadılar ki , bura tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan ordusu istədiyi əməliyyatı rahatlıqla keçirə bilər.

Unutmamalıyıq ki , müharibəyə təhrik edən beynəlxalq təşkilatlar da vardı. Münaqişənin nizamlanması üçün 1992- ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox , dondurulmasına köklənmişdir. Həm işğalçıya, həm işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilib və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Kağız üzərində qalan qətnamələrin üzərindən də xətt çəkən Azərbaycan elə tək Minsk qrupuna deyil, məsələnin həlli yolları üçün dırnaqarası çalışan təşkilatları da susdurmuş və onların fəaliyyətinin sadəcə masa ətrafında oturub heç bir şeyə yaramayan toplum olduğunu sübut etmişdir.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə , bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Torpaqlarımızın azadlığı uğrunda özlərini fəda etmiş zəfər yolunun qəhrəmanlarının indi ruhu şaddır ki , biz onların sayəsində bu torpaqlara qayıtmışıq.

Ələkbər Saleh,
YAP-ın Fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button