Analitika

Qayıdışımız mübarək

“Bir iynə itirənin də gözü yerdə qalar, yurdu itənin, ocağı sönəninsə – əlləri göydə. Yurdunu, yuvasını, sönmüş ocağının istisini Ulu tanrıdan istəyər. Tanrı Cəbrayıl torpağından heç nəyi əsirgəməmişdir. Cəbrayıl rayonu Azərbaycan Respublikasının İran – İslam Respublikası ilə Sərhəddində – Araz çayının sol sahilində, Qarabağın Səfalı, ürəkaçan guşələrinin birində yerləşir. Cəbrayılın zəngin tarixi keçmişi var. Cəbrayıl sözü ərəbcə “Allahın qulu” və ərəbcə – ibranicə “bir işi az – çox zorla görmək” mənalarını verən “Cabri” sözündən yaranmışdır. 1993 – cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonu 2020-ci oktyabrın 4-də Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildi. 27 il erməni vandalizminin qurbanına çevrilmiş Cəbrayıl rayon mərkəzində və onun ətraf ərazilərində mövcud olan saysız-hesabsız tarixi, dini və mədəni abidələr, milli – memarlıq nümunələri xüsusi qəddarlıqla talan edilib. Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasınln prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan ordusunun təşkil etdiyi əks hücum əməliyyatı uğurla başa çatdı. Əks hücum əməliyyatının ilk günlərindən Cəbrayıl rayonunun bir neçə kəndi işğaldan azad edildi. Keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirdilər. Onlar öz sönmüş ocaqlarına yeni nəfəs, yeni yaşam gətirəcəklər Artıq o gün gəlib çatıb. Cənab Prezidentin əmrinə əsasən “Dəmir Yumuruğ” un gücü, xalqın birliyi nəticəsində keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qovuşdular. Prezident İlham Əliyevin 31 iyul 2023 – cü il sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunacaq.

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button