Qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz

Azərbaycan və İran arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu gün Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.
Bir neçə gün öncə Azərbaycanın və İran İslam Respublikasının rəhbərlərinin uzaqgörən siyasəti, dəqiq hesablanmış strateji yanaşmalarının nəticəsində biz Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovşaqların istismara verilməsinə şahidlik etdi. Xatırladaq ki, “Xudafərin” su anbarında 503 milyon, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Ümumilikdə su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan su-elektrik stansiyaları paritet əsasda Azərbaycan və İran dövlətinin maraqlarına xidmət edəcək.
Hər iki dövlətin beynəlxalq səviyyəli təşkilatlarda təmsil olunması regionda baş verən hadisələrə münasibət və maraqların uzlaşdırılması baxımından da əhəmiyyətlidir. Demək olar ki, beynəlxalq aləmdə sürətlə dəyişən gündəm ölkələrarası mnasibətlərə korrektələr edilməsinin özünü də zəruri edir.
Şakir Abbasov,
YAP Şuşa rayon təşkilatının 8 nömrəli ərazi partiya təşkilatının sədri



