Analitika

Qarabağ həqiqətən də yenidən cənnətə dönür

Artıq Ermənistanın işğalından azad edilmiş ərazilərimizə həyat geri qayıdır. Vətən müharibəsindən sonra Azərbaycan keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün urbisidə məruz qalmış 10 min kvadratkilometrdən çox ərazini sıfırdan yenidən qurur, şəhərlər və kəndlər inşa edir. Bu gün Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. 30 il ərzində total dağıntılara məruz qalmış Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra həmin yerlərdə reallaşdırılan işlər ölkəmizin maliyyə resursları hesabına aparılır və əsas hədəf yeni salınan şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraitinin vəhdət təşkil etməsidir. Vətən müharibəsindəki parlaq zəfərdən sonra Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.

Bu gün Azərbaycan iqtisadi əlaqələrin qurulması, kommunikasiyaların açılması, regionda yeni əməkdaşlıq formatlarının yaradılmasını dəstəkləməklə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə çalışır.  Bu gün bütün dünya Qarabağda reallaşan nəhəng regional layihələrin icrasını heyranlıqla izləyir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması, nəzərdə tutulmuş layihələrin reallaşması  təkcə Azərbaycan üçün yox, bölgə üçün də geniş perspektivlər vəd edir.

Qarabağ bölgəsində dövlət başçısının iştirakı ilə ard-arda və vaxtaşırı yeni-yeni kəndlərin, qəsəbələrin ilk binalarının təməlqoyma mərasimi keçirilir və tikinti-quruculuq işləri davam edir. . İşğaldan azad olunmuş Qarabağda abadlıq- quruculuq və bərpa işləri geniş vüsət almaqdadır. Bu ərazilərin bərpası və inkişafı cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri bunun əyani göstəricisidir.

Prezidentimiz cənab İlham Əliyevin də vurğulamış olduğu kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Bəli, artıq heç kimin şübhəsi yoxdur ki, Qarabağ erməni işğalı dövründə olduğu kimi, münaqişə bölgəsi deyil, regional əməkdaşlığın simvoluna çevriləcəkdir.

Mətanət Cəfərova,
YAP-ın fəalı.

Oxşar Xəbərlər

Back to top button