Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır
Şanlı vətən savaşımızdan sonra Ermənistan höküməti öz məğlubiyyəti ilə barışaraq Azərbaycanla sülh müqaviləsi bağlayacağı bilinirdi. Amma gözləntilər özünü əsla doğrultmadı.Rəsmi İrəvanın ölkəmizə qarşı beynəlxalq platformalarda apardığı diplomatik və informasiya müharibəsi axırda hərbi müstəviyə çevrildi. Azərbaycan Respublikasının suveren ərazisində olan qeyri qanuni erməni silahlı birləşmələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən tərk-silah olunmalı idi. Ancaq biz bunun əksini gördük. Necə ki, bir neçə gün əvvəl Xocavənddə Azərbaycan Respublikasının vətəndaşları erməni terrorunun qurbanı oldular. Azərbaycan Daxili İşlər Nazirliyinin 4 əməkdaşı və bir neçə vətəndaşımız erməni təxribatçılarının basdırdıqları minalara düşərək birdəfəlik həyatını itirdilər. Erməni kəşfiyyat-diversiya qruplarının Füzuli-Şuşa avtomobil yolunda minalar basdırması Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü terror siyasətinin davamıdır. Bütün bunların nəticəsi idi ki, Azərbaycan Ordusunu antiterror tədbirləri görməyə məcbur etdi.Antiterror əməliyyatları uğurla başa çatandan sonra ölkə başçısı cənab lham Əliyevin xalqa müraciətinin dünən, sentyabrın 20-də demişdir ki, indi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki, bu cür kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim isə erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.Bütün haqsızlıqlara baxmayaraq, başdan ayağa kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.
Yevlax şəhərində mənim nümayəndəmlə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək – təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib – elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!»-deyə Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab lham Əliyev bildirmişdir.Beləliklə,beynəlxalq aləmdə yenə Ermənistanın atdığı hiyləgər,mənfur planlar tamamilə ifşa olundu.
Eyyub Əliyev,
YAP-ın gənc fəalı