Analitika

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı

Hər bir xalqın taleyində onun tarixinə düşən, yaddaşlara həkk olunan və onun üçün dönəm nöqtəsi hesab olunacaq günlər vardır. Azərbaycan xalqı da yaşadığı tarixi dövr ərzində mühüm əhəmiyyət kəsb edən belə günlər yaşamışdır. Bu günlərdən biri də 15 oktyabr tarixinə təsadüf edir. Belə ki, 15 oktyabr 2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev öz xalqının etimadını qazanaraq və 76 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı ümummili lider Heydər Əliyevə olan sədaqətini və sevgisini bir daha sübut etdi. Xalq öz fədakar oğlu Heydər Əliyevin müdrik siyasətin davam etməsini diləyirdi, çünki bu siyasət sülhə, əmin-amanlığa, azadlığa aparırdı. Belə də oldu. Cənab Prezident İlham Əliyev xalqı yanıltmadı, qazandığı güvəni boşa çıxarmadı və hakimiyyətə gəlməsi ilə Azərbaycanın inkişafı üçün yeni mərhələ başladı.

Azərbaycanın tarixinin ən böyük və ən parlaq səhifələrindən biri olan Vətən Müharibəsi, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi dövründə baş verdi. Bu müharibə, ölkənin işğal altında olan ərazilərinin azad edilməsi məqsədi ilə 2020-ci ilin sentyabr ayında başladı, müqavimət və qələbə əldə edərkən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin ən böyük addımını təmsil etdi.

Vətən Müharibəsi, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi altında qazanılan böyük bir qələbədir. İlham Əliyev, hər bir qərarı, təşəbbüsü və addımı ilə Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırmış və böyük bir lider kimi tanıtmağa nail oldu. Vətən Müharibəsi, Azərbaycan xalqının birliyi, Ordumuzun gücü və Prezidentin qətiyyəti sayəsində zəfərlə sona çatdı.

Xalqımızın bütün vədinə əməl edən və Azərbaycanı xoşbəxt gələcəyə aparan lideri bu yolda həmişə dəstəkləyəcəkdir. Ölkə başçısı son 19 ildə ölkədə gördüyü müsbət işlər sadalamaqla bitməz. Xalq ilk gündə olduğu kimi 19 ildən sonra da İlham Əliyevin bu siyasətinin uğurla davam edəcəyinə əmindir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button