Analitika

Prezident İlham Əliyevin siyasətinin əsasında xalqımızın rifahı, mənafeyi və milli maraqları dayanır

Ölkəmizin dünyada artmaqda olan  nüfuzu Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu gün Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. Digər dövlətlərlə aparılan əməkdaşlıq əlaqələrinin mövcudluğu və inkişafı  cənab prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Məhz onun düşünülmüş siyasətidir ki, bu gün Azərbaycan Respublikası beynəlxalq arenada güvən, etibar, nüfuz sahibidir. Bunun əsasında sözsüz ki  ölkəmizin qüdrəti ilə yanaşı, ölkə başçısının şəxsi nüfuzu da əsas rol oynayır. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır.

Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mübariz oğul və qızlarının şücaəti sayəsində 44 günlük Vətən müharibəsində Şanlı qələbə qazanaraq tarix yazdı. Otuz illik işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə  qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoydu. Bu qazanılmış zəfərdə Ulu Öndər siyasətinin layiqli davamçısı olan  Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, düşünülmüş xarici və daxili siyasəti böyük rol oynayır. Dövlətimiz bu qələbə ilə dünyaya səs saldı. Dünya, Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmayacağını və gec-tez öz amalına çatdığını gördü. Cənab İlham Əliyevin 17 ildə qurduğu ordu öz töhvəsini verdi.

Prezident İlham Əliyevin siyasətinin əsasında xalqımızın rifahı , xalqımızın mənafeyi, xalqımızın milli maraqları dayanır. Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafın təməli Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən – ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdən başlamış və hal-hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın hər bir bölgəsi günbəgün daha da inkişaf edir, yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkə başçısı bölgələrdə  aparılan quruculuq-abadlıq işləri ilə daima yaxından maraqlanır, göstəriş və tapşırıqlarını verir. Hər birimiz bölgələrdə aparılan quruculuq və abadlıq işlərini gördükcə sevinc hissi keçiririk. Xalqımız hər zaman ölkə başçısının ətrafında sıx birləşərək  yürütdüyü siyasətə dəstək olub və bundan sonra da dəstək olacaqdır.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button