Analitika

Prezident İlham Əliyevin Azərbaycan tarixinə adı əbədi yazılmış Müzəffər Ali Baş Komandandır

Bu gün bütün sahələr üzrə  əldə olunan uğurların əsasını ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir.

Məhz, Prezident  İlham Əliyevin  rəhbərliyi altında Azərbaycan zəfər dolu bir dövr yaşamaqdadır. Təbii ki, bu zəfərlərdən ən böyüyü 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44-günlük Vətən müharibəsində böyük zəfər çalmış, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etmiş və ərazi bütövlüyümüzü bərpa etmişdir

Qeyd edək ki, Vətən Müharibəsində qazandığımız uğurlardan artıq  3 il ötür. Vətən müharibəsinin bitməsindən ötən 3 illik dövr ərzində Ermənistan dəfələrlə təxribatlara əl atıb və lazımi cavabı almışdır.  Bir neçə aydır ki, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi eyni zamanda səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.

Bu baxımdan Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciət etdi. Müraciət əsnasında bir daha diqqəti antiterror tədbirlərini şərtləndirən amillərə yönəltdi. Əməliyyatdan bir qədər sonra vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başladı və Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində siqnallar intensiv xarakter daşımağa başladı. Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev xalqa müraciəti zamanı bir sıra məqamlara da aydınlıq gətirdi. Cənab Prezident çıxışı zamanı Qarabağda yaşayan vətəndaşlar üçün yeni tarixi şansın formalaşdığını da qeyd etdi.Müraciətinin sonunda Prezident İlham Əliyev bəyan etdi: “Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Azərbaycan hər zaman sülh tərəfdarı olmuş və 30 ilə yaxın müddətdə Qarabağ münaqişəsinin sülh danışıqları həlli istiqamətində səylər göstərmişdir. Bu qazanılan zəfərdə bir daha Azərbaycanın hərbdəki müvəffəqiyyətinin qarşısında heç bir erməni gücünün, silah-sursatının dayana bilməyəcəyini göstərdi.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button