Analitika

Prezident İlham Əliyev Füzuli şəhərinin inkişafına xüsusi diqqət yetirir

Son zamanlar ölkəmizdə baş verən dəyişikliklər dünyanın diqqət mərkəzindədir. Bu dəyişikliklərinin böyük əksəriyyəti isə müsbət yöndədir. Bu gün Azərbaycan Respublikasının bu qədər inkişaf etməsi, regionda və dünyada tanınan ölkə olması heç də asan başa gəlməyib. Bəşər tarixində yaşanan ən qanlı, ən faciəli hadisələrdən biri də xalqımızın başına gəlmiş, torpaqlarımız zorla əlimizdən alınmışdı. 90-cı illərdə Azərbaycan özünün ən ağır günlərini yaşamışdır. İşğalçı Ermənistan dövləti Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş, yurddaşlarımızı doğma torpaqlarından qovmuşdur. Ermənistan tarixi Azərbaycan torpaqları olan Qarabağı və ona bitişik yeddi rayonu işğal etdikdən sonra onları talan etmiş, orada olan tarixi-dini, mədəniyyət abidələrini məhv etmişdir. Lakin Azərbaycan ordusu 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Dəmir Yumruq əməliyyatı zamanı işğal olunan torpaqlarımızı işğaldan azad etdi.

İşğal olunan, talan olunan şəhərlərimizdən biri də Füzuli şəhəridir.  Bu il bütün Azərbaycan ərazisində “Füzuli şəhəri günü” böyük çoşqu və təntənə ilə qeyd edilir. 2020-ci il 17 oktyabr tarixində işğaldan azad olunan Füzulidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə yenidənqurma və abadlıq işlərinə başlanıldı. Hətta Füzulidə birinci şəhərsalma layihəsi icra edilir, şəhər yenidən qurulur. Həyata keçirilən yenidənqurma tədbirləri ilə yanaşı Böyük Qayıdış proqramı çərçivəsində artıq şəhərə 800-dən çox insan yerləşib. İlin sonuna qədər burada iki min insanın yaşaması nəzərdə tutulur. Bu böyük layihələrlə bərabər məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Çünki buraya köçürülən əhali işlə, məşğulluq imkanları ilə təmin edilməlidir.

Füzuli şəhərinə qayıdan əhali arasında gənclərin olması xüsusi olaraq təqdirəlayiq amildir. Bu, Azərbaycan  gənclərinin nə qədər vətənpərvər ruhda böyüdüyünü, öz torpaqlarına nə qədər bağlı olduqlarını, Vətənin hər qarışına nə qədər qiymət verdiklərini bir daha bütün dünyaya göstərdi.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button