İqtisadiyyat
Prezident DSMF-nin gələnilki büdcəsini təsdiqlədi
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanunu təsdiq edib.
İcxeberinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsinin gəlirləri 6 263 970 000,0 manat, xərcləri 6 263 970 000, manat məbləğində təsdiq edilib.
Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.