Öz seçimini etmiş xalq böyük sevinc içərisindədir
Ərazi kiçik olsa da problemləri özündən çox – çox böyük olan respublikamız Heydər Əliyev cənablarının göstərdiyi məqsədyönlü xarici və daxili siyasət nəticəsində böyük uğurlar qazanmışdı. Heydər Əliyev Azərbaycan xalqı qarşısında təkrarolunmaz və əvəzsiz rəhbər kimi xidmətləri çox böyükdür. Həyatını millətin gələci naminə həsr edən Heydər Əliyevin siyasi təcrübəsi Azərbaycanın beynəlxalq aləmdə tanınmasında böyük xidmətləri olmuş, ölkədə baş alıb gedən xaosa son qoymuşdu.Dağıdıcı, radikal müxalifət ölkədə hərc – mərclik yaratmağa, dövlət və dövlətçiliyə qəsd etməyə çalışdılar.
Bu gün hər şey arxada qalıb. Öz seçimini etmiş xalq böyük sevinc içərisindədir. Möhtərəm prezidentimiz Heydər Əliyevin layiqli davamçısı, gənc yaşlarından dünya dövlətləri tərəfindən tanınmış siyasətçi, Azərbaycan bayrağını xarici dövlətlərin idman meydanlarında qaldırılmasına nail olan, gördüyü siyasi kursu axıra qədər davam etdirən İlham Əliyev hakimiyyətə gəlməsinin 20-ci il dönümünü Xankəndində Xocalıda, Ağdərədə bayraq sancaraq qeyd etdi. Azərbaycanın tam suveren dövlət olduğunu bütün dünyaya bəyan edərək,torpaqlarımızın erməni faşizmdən təmizlədiyini xalqa bəyan etdi. Əldə olunan uğurlarımızı Azərbaycanın qəhrəman, igid oğullarının canı – qanı bahasına əldə olunduğunu bir daha dünyaya bildirdi.
Dövlət başçısı bildirib ki, 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq: “O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”.
Leyla Fətəliyeva,
YAP-ın fəalı