Ölkəmiz dünyada sayılıb-seçilən dövlətlərdən biridir

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Heydər Əliyevin siyasi kursunu layiqincə yerinə yetirən Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri Azərbaycanın dünya birliyinin layiqli dövlətlərindən birinə çevirməkdir. Bu gün artıq ölkəmiz dünyada sayılıb-seçilən dövlətlərdən biridir.
Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlib.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.“Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.
Robert Fitsonu Slovakiyanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə bir daha təbrik edən dövlətimizin başçısı bildirib ki, onun Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar atılmışdır. “Yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan ordusu istər 44 günlük Vətən müharibəsində, istərsə, antiterror əməliyyatı zamanı Ali Baş Komandanın rəhbərliyi ilə keçirdiyi uğurlu döyüş əməliyyatları ilə müasir hərb sənayesinin üstünlüklərini savaş meydanında praktik olaraq nümayiş etdirib. Bu baxımdan, Azərbaycanın uğurlu təcrübəsi, seçimləri bir çoxları üçün maraqlıdır. Slovakiya ilə imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlərin olması da bu məqsədə xidmət edir. Müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilib.
Beləliklə, Azərbaycan-Slovakiya əməkdaşlığı nəticəsində azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyət göstərir.Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib:
“Bu, da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, – deyə dövlətimizin başçısı bildirib. Hər iki ölkənin başçısı Azərbaycan və Slovakiya arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiriləcəyinə və bu əməkdaşlığın yeni imkanlar açacağına əminliklərini bildiriblər.
Cəmilə Əhmədova,
YAP Şuşa rayon təşkilatının 9 nömrəli ərazi partiya təşkilatının sədri



