Analitika

Ölkə rəhbərimizin növbəti uğuru

Cənab prezident İlham Əliyevin ölkəmizdəki uğurları sürətlə davam edir. Həqiqətən də ulu öndər Heydər Əliyevin laiqli davamçısı İlham Əliyev tarixə nəzər salsaq Nadir şah Əfşardan sonra tarixə adın qızıl hərflərələ yazaraq işğaldan torpaq azad edən yeganə sərkərdə olmuşdur.

Prezidentimizin sayəsində 21-ci əsrin ən uğurlu qələbəsindən sonra düşmən tərəfindən darmadağın edilmiş şəhərlərimiz sürətlə günü-gündən inkişaf etməyə başlamışdır. Böyük Qayıdış Proqramı əsasında təkcə bərpa etmək deyil – burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.

Şəhərsalma, kəndsalma yenidən qurma işləri hava limanları, müxtəlif incəsənt muzeyləri, yeni iş yerləri həmçinin məktəb və xəstəxanalar eyni zamanda şəhərlərimizi ziyarətə gələn turistlər üçün müxtəlif otel və istirahət mərkəzləri inşa edilmişdir.

Bu şəhərsalma forumundan ən son olanı sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilmişdir. Forumda  53 ölkədən 100 nümayəndə ümümillikdə 200 qonaq iştirak etmişdir.

Cənab prezident forumdakı çıxışında Zəngilanda həmçinin digər işğaldan azad edilmiş şəhərlərdə edilən yenidən qurma işlərindən danışmışdır. Həmçinin Zəngilan sakinlərinin torpağına bağlı olduğunu, Zəngilanı heç görməyən gənc nəslin nümayəndələrinin Zəngilana qayıdıb orada məskunlaşması onu nümayiş etdirir ki, Azərbaycan xalqının öz köklərinə necə dərindən bağlı olduğunu vurğulamışdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq.

Həmçinin prezidentimiz çıxışında enerji potensialı, nəqliyyat, yaşayış layihələri – bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq.

Cənab prezidentimizin forumdakı çıxışıni izlədikdən sonra daha da qürurlanaraq prezidentimizə işlərində uğurlar arzu edirik onu xalqımızın üzərindən əskik olmamasının uca tanrıdan diləyirik.

Tağıyeva Aygün,
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində
Qida Sənaye Kollecinin İstehsalat təcrübə rəhbəri

 

Oxşar Xəbərlər

Back to top button