Analitika

Ölkə həyatının elə bir sahəsi yoxdur ki, İlham Əliyevin şəxsi nəzarəti, mühüm töhfələri, tarixi xidməti orada özünü göstərməmiş olsun

Millilik, vətəndaşlıq-mənəviyyat, fəlsəfi – əxlaqi ideyası, bunlara mənə verən milli dövlət, milli lider məsələsi bu sırada Azərbaycan xalqının tarixi şəxsiyyəti, müstəqil Azərbaycan dövlətinin memarı, dünya şöhrətli siyasətçi Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və idarəçilik siyasəti, müdrik peşəkar lider fenomeni, həmçinin qeyri adi şəxsiyyəti Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Azərbaycan Respublikasını inkişafa və yüksəlişə doğru gətirib çıxartdı.

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən günlər vardır ki, həmin günlər onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsasını qoyub. Həmin günlərdən biri də oktyabrın 15-nə təsadüf edir. 2003-cü il oktyabrın 15-də Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Azərbaycan xalqı 2003 – cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.

Zirvələri fəth edən Ali Baş Komandan – Azərbaycan əsgəri.
Bu gün vətənpərvər Azərbaycan gəncliyi formalaşmışdır.
– Müstəqil Azərbaycan tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyur,
– Gələcək nəsillərə ibrət, fəxr ediləsi nümunə yaradır,
– Ata-babaların doğma vətən torpağı haqqında vəsiyyətlərinin müqəddəsliyini təmin edir,
– Azərbaycan tarixinin, mədəni irsin qorunmasının şərəf məsələsi olduğunu əməli ilə təsdiq edir,
– Bütün xalq qarşısında sərt imtahandan alnıaçıq, üzüağ çıxır.
Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan gəncliyi!
Qələbələrimizin təmin edilməsində canını əsirgəməyən Azərbaycanın müzəffər ordusuna eşq olsun!

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button