Oktyabr ayının 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclası keçirilib
Oktyabr ayının 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclası keçirilib. Burada iştirak edən dövlətlər geniş müzakirələr aparıblar. Sözsüz , belə görüşlərin keçirilməsi beynəlxalq əməkdaşlığın daha da genişlənməsinə səbəb olur. Prezident İlham Əliyev də hər zaman çıxışlarında vurğulayır ki , biz beynəlxalq əməkdaşlığa diqqət yetirməliyik. Azərbaycan da dünya ölkələri ilə sıx əməkdaşlığa diqqət edən dövlətlərdən biridir.
Qırğızıstan və Azərbaycan əlaqələri haqda isə çox danışa bilərik . Müasir dövrdə iki ölkə arasında qardaşlıq münasibətləri geniş şəkildə inkişaf edir . Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunan razılaşmalar yerinə yetirilir. Tarixə nəzər salsaq , 11-12 sentyabr 2008 -ci ildə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycanda rəsmi səfərdə olub. İki ölkə prezidentinin təkbətək və geniş tərkibdə görüşündən sonra dövlətlər arasında sənədlərin imzalanma mərasimi keçirilib. Ətraf mühitin qorunması, informasiya və kommunikasiya texnologiyaları, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər, vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi, məxfi informasiyanın qarşılıqlı surətdə qorunması, humanitar sahədə, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında sazişlər imzalanıb.
Bu uğuru da unutmayaq.Azərbaycan Qırğızıstanda investisiya layihələri həyata keçiməyə başlayıb. Sözsüz , bu iki ölkə arasında iqtisadi sahədə , biznes və digər sahələrdə müntəzəm inkişafa kömək edəcək. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan fondu yaradılıb. Bu da iqtisadi əməkdaşlığı inkişaf etdirmək, iqtisadiyyatı modernləşdirməyə hesablanıb. Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın aktivləşməsinə kömək edəcək. Bəli, ölkələrarası münasibətlər genişləndikcə uğurlar daha da artır. Əminik ki, bundan sonra da geniş dostluqlarımız davam edəcək.
Ələkbər Saleh,
YAP-ın fəalı