Analitika

Müstəqil Azərbaycanın inkişafında Heydər Əliyevin xarici siyasətinin rolu danılmazdır

Azərbaycan xalqı əzəldən bəri öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparmış və bu yolda qurbanlar vermişdir. Çətin dövrlərdə yenə də ayaqda qalmağı bacarmışdır və həmin dövrlərdən biri də 90-cı illərdir. Bu dövrdə SSRİ-nin dağılması ilə ölkəmizdə siyasi hərc-mərclik, daxili çəkişmələr baş verirdi. Bütün bunlara rəğmən 1991-ci il 18 oktyabrda Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi, lakin çox keçmədən yenidən onu itirmək təhlükəsi yarandı. Bu çətin vəziyyətdə azərbaycan xalqı gələcək həyatı üçün ən doğru qərarı verdi və Heydər Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti oldu. Ümummmili lider xalqın ona olan etimadını yanıltmadı. Hakimiyyətə gəldiyi ilk vaxtlardan ölkənin dirçəlməsi üçün mühüm addimlar atdı. Heydər Əliyevin istər daxili, istərsə də xarici siyasət xəttinin təməlini xalqın müstəqilliyi, azadlığı və firavanlığı təşkil edirdi. Buna görə ölkənin regionda və beynəlxalq arenada aparıcı dövlətlərdən biri olması üçün mühüm tədbirlər həyata keçirirdi. Bu tədbirlərdən biri də beynəlxalq və regional təşkilatlara üzv olmaqdır. Bu təşkilatlardan Birləşmiş Millətlər Təşkilatını (BMT), İqtisadi Əməkdaşlıq Təşkilatını (İƏT), İslam Konfransı Təşkilatını (İKT), Avropa Şurası və Avropa ittifaqı ilə yaradılan münasibətləri misal göstərmək olar.Heydər Əliyev, həmçinin, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqlar yaradırdı. Bu ölkələrdən bəziləri Türkiyə, Pakistan, İran, Rusiya, Amerika Birləşmiş Ştatları,  Almaniya kimi güclü dövlətlərdir.

Hakimiyyətdə olduğu illərdə ömrünü xalqına və dövlətinə həsr edən Heydər Əliyev xalqının layiqli həyat yaşaması üçün bütün gücü ilə çalışmışdır.Bu gün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir.Heydər Əliyevlə təməlləri qoyulan və İlham Əliyevlə uğurla davam edən müdrik xarici siyasət sayəsində ölkəmiz regionda və dünyada güclü və özünü təsdiqləmiş dövlətlərdən birinə çevrilmişdir.

Abbasova Zərxanım,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button