AnalitikaDünyaGündəmSiyasət

Mədəni İnteqrasiya və “Yumşaq Güc” (Soft Power): Ortaq keçmişdən strateji gələcəyə

Siyasi və iqtisadi qərarların cəmiyyətlər tərəfindən qəbul edilməsi və dayanıqlı olması üçün tarixi-ideoloji bünövrəyə ehtiyac var. Azərbaycan-Qırğızıstan münasibətlərində bu bünövrə ortaq türk kimliyi, mədəni irs və “yumşaq güc” alətləri vasitəsilə formalaşdırılır.

Münaqişədən sonrakı (post-conflict) bərpa proseslərində beynəlxalq həmrəylik xüsusi çəkiyə malikdir. Qırğızıstanın işğaldan azad edilmiş Ağdam rayonunda “Manas” adını daşıyan məktəb inşa etməsi yalnız humanitar addım deyil, eyni zamanda Bişkekin Qarabağ məsələsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi qəti siyasi dəstəyin maddi təzahürüdür.

Bunun müqabilində, Bakıda qırğız ədəbiyyatının nəhəngi Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın açılması, Bişkekdə isə Qırğızıstan-Azərbaycan dostluğu parkının fəaliyyət göstərməsi ideoloji inteqrasiyanın vacib elementləridir. Mütəmadi hal alan Qarşılıqlı Mədəniyyət Günləri isə xalqlar səviyyəsində psixoloji və mədəni sərhədləri aradan qaldırır. Beynəlxalq təşkilatlarda (xüsusilə Türk Dövlətləri Təşkilatında) vahid mövqedən çıxış edən bu iki dövlət, mədəni yaxınlığı siyasi kapitala çevirməyi bacarır.

Liderlərin iradəsi ilə həyata keçirilən humanitar və mədəni diplomatiya Azərbaycan-Qırğızıstan müttəfiqliyinin “immunitet sistemini” təşkil edir və kənar geosiyasi təsirlərə qarşı münasibətləri sarsılmaz edir.

Səbirə Həsənova,
Nizami rayonu 10 saylı məktəbin direktoru müavini

Oxşar Xəbərlər

Back to top button