
İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı Andre Onana karyerasını Türkiyədə davam etdirəcək.
“İcxeberinfo.az” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Trabzonspor” 29 yaşlı qolkiperi icarəyə götürməyə razılaşıb. Onun bu həftə Türkiyəyə səfər edəcəyi gözlənilir.
Qeyd edək ki, Onana ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 50 oyun keçirib.