Analitika

İşğaldan azad olunan və yenidən qurulan Füzulidə şəhər gününün qeyd olunması tarixi hadisədir

“İşğaldan azad olunan və yenidən qurulan Füzulidə şəhər gününün qeyd olunması tarixi hadisədir. Çünki Füzuli rayonu 27 il idi ki, işğal altında idi və bu rayon erməni faşizminin dəhşətlərini yaşayıb. Eyni zamanda, Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Füzuli azad olunanda bir salamat bina olmadı ki, Azərbaycan Bayrağı orada qaldırılsın. Yalnız bu fakt erməni vandalizminin sərhədlərini sübut edir”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, işğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır və bu mənada Füzulinin yeni siması göz oxşayır: “Sirr deyil ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Rahat yaşamaq üçün bütün infrastruktur və şərait yaradılır. Elə beynəlxalq təşkilatlar da bu görülən işləri çox yüksək qiymətləndirirlər. Çünki burada həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, həm də binaların bir-birindən aralı olması və məsafə müvafiq inşaat qaydalarına uyğun olaraq reallaşdırılıb”.

“Hazırda Füzulidə 800-dən çox insan yerləşib, ilin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq: “İşğaldan azad olunmuş ərazilərdə bütün layihələr icra edilərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Özünüməşğulluq proqramı icra ediləcək ki, bütün ərazilərdə həyat qaynasın. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək”.

Oxşar Xəbərlər

Back to top button