Analitika

İran-Azərbaycan əlaqələri qədim tarixi köklərə əsaslanır

Ölkələrimiz arasındakı münasibətlər çox səmimi və tarixi köklərə malikdir. Çoxəsrlik ortaq tarix və mədəniyyətin varisləri olan müstəqil Azərbaycanla İran İslam Respublikası arasında münasibətlər ötən 3 onillikdə hər iki ölkənin xarici siyasətində önəmli yer tutub. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin son 20 ildə uğurla davam etdirdiyi ölkəmizin İranla bağlı siyasəti qonşuluq, dostluq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsiplərinə sadiqlik üzərində qurulub. Qəbul olunmuş siyasi düşüncələrə görə, siyasətdə əbədi dostlar və ya əbədi düşmənlər yoxdur, əbədi maraqlar var. Azərbaycan ilə İran arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur Azərbaycanla İran arasındakı çoxşaxəli əməkdaşlıq əlaqələrindən bəhs edərkən hər iki ölkənin bir-birini beynəlxalq aləmdə daim dəstəklədiyini qeyd etmək lazımdır.

Bu, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlardakı çoxtərəfli münasibətlər zəminində özünü göstərir. Ümumiyyətlə, ölkələrimiz regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələrinə malikdirlər.

Hər iki ölkə BMT, İƏT, EKO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində səmərəli əlaqələrinin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Şübhəsiz, hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Sıx əməkdaşlıqdan doğan qarşılıqlı-faydalı münasibətlər gələcəkdə regionda hər iki ölkənin iştirakı ilə yeni əməkdaşlıq platformalarının yaradılmasını mümkün edir. Qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir.

O da qeyd edilməlidir ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Onu da vurğulamaq lazımdır ki, Bakı-Tehran münasibətləri konstruktiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulub ki, bu da qarşılıqlı-faydalı əlaqələr sisteminin strateji əsası qismində çıxış etməkdədir. Eyni zamanda, simmetrik əsaslara söykənən mövcud münasibətlər sistemi regionda paritet təhlükəsizlik sisteminin formalaşmasına da xüsusi töhfələr bəxş edir.

Beləliklə, regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-İran münasibətləri perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verir.

Eyvazlı Rza,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button