Analitika

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Şuşa şəhəri 2026-cı il üçün turizm paytaxtı seçilməsi

Müstəqil Azərbaycan Respublikası keçdiyi uzun tarixi dövr ərzində hər zaman digər dövlətlərin diqqət mərkəzində olmuşdur. Bunun ən böyük səbəblərindən biri də yerləşdiyi əlverişli strateji coğrafi mövqeyidir. Onun tarixi İpək yolunun üstündə yerləşməsi, gözoxşayan təbiəti, iqlim şəraiti, tarixi-mədəni irsi həmişə diqqətləri cəlb edirdi. Bunun nəticəsidir ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və Azərbaycanın incisi Qarabağı, dillər əzbəri olan Şuşa şəhərini işğal etmişdir. Mədəniyyət beşiyimiz Şuşa erməni işğalçıları tərəfindən talan edilmiş, kitabxanalar, muzeylər, məscidlər məhv edilmiş, yandırılmışdır.Lakin 30 illik işğal həyatından sonra 2020-ci il 8 noyabr tarixində Azərbaycan ordusu Şuşaya daxil olmuş və şəhəri işğaldan azad etmişdir.Şəhərindən azad olunması ilə vaxt itirmədən onun bərpası və yenidənqurma işlərinə başlanıldı.

Aparılan bərpa quruculuq işlərinin nəticəsi olaraq, bu gün Şuşada bir sıra beynəlxalq və nüfuzlu tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 8 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 27-ci iclasıdır. Tədbirin Şuşada keçirilməsi və Şuşa şəhərinin 2026-cı il üçün turizm paytaxtı seçilməsi xüsusilə əlamətdar hadisədir. Şuşa ,həmçinin, 2022-ci ildə 2023-cü il üçün Türk Dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Şəhərin turizm paytaxtı seçilməsi onun beynəlxalq arenada daha çox tanınmasına və inkişafına böyük təsir göstərəcəkdir. Tədbir zamanı Prezident İlham Əliyev çıxış etmiş və bu zaman Şuşanın turizm paytaxtı seçilməsinə görə öz təşəkkürünü bildirmişdir. Həmçinin, Azərbaycan-İƏT münasibətlərindən  və bu münasibətlərin  daha da inkişaf etdirilməsindən bəhs edib.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir sıra təşkilatlara üzv olmuşdur.Bunlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan təşkilata üzv olduğu vaxtdan, 1992-ci ildən bəri təşkilatın fəal üzvüdür və üzv olan dövlətlərlə münasibətlərə xüsusi önəm verir.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button