Analitika

İlham Əliyevin uğurlu siyasəti

İlham  Əliyev  daxili  və xarici  siyasət  sahəsində  Heydər  Əliyev  kursunu  inamla davam  etdirərək  Azərbaycanın  ictimai-siyasi, sosial-iqtisadin və mədəni  inkişafında   yeni  bir  mərhələnin  başlanğıcını  qoydu. Azərbaycanın  hüquqi  dövlət  quruculuğu  və  vətəndaş   cəmiyyətinin   yaradılması istiqamətində   mühüm  addımlar  atdı. O, Azərbaycanı  Cənubi  Qafqazın  lider   dövlətinə  çevirməyə  nail  olub  xalqın  inam   və  etimadını   doğrultdu. Ona  görə  də  İlham   Əliyev   2008, 2013  və  2018-ci  illərdə   keçirilən   prezident   seçkilərində   də  böyük   səs   çoxluğu   ilə  qalib  gəldi.

Azərbaycanın  müstəqil  dövlət  kimi  dayanıqlı  inkişafını  təmin  edən  mühüm  amillərdən  biri  xalqın  öz liderinə  güvənməsi, onun siyasətini  tam  dəstəkləməsidir. Ümumiyyətlə, 2003-cü  ildən ölkəmizə   rəhbərlik   edən   Prezident    İlham  Əliyevə  xalq  tərəfindən   verilən  dəstək    bir   daha   göstərir  ki,Azərbaycan    cəmiyyəti   Prezidentin   apardığı  daxili   və  xarici   siyasət    kursunu   dəstəkləyir  və  Onun  yanındadır. Bu  gün  Azərbaycan  dövlətçiliyinin   daha  da  inkişaf   etməsinin  şahidiyik. Bu  gün   Azərbaycan   coğrafi   baxımdan  kiçik   ölkə   olmasına   baxmayaraq  böyük, qlobal     layihələrlə   məşğuldur.Bu  qlobal  layihələrin  həyata   keçirilməsi   olduqca  çətin  prosesdir. Təsadüfi  deyil  ki, son  2  il  ərzində   Prezident  İlham  Əliyevin   iradəsi  ilə  reallaşan   Bakı-Tiblisi-Qars, TAP, TANAP  və  digər   qlobal  layihələr   Azərbaycanı  istəməyən   qüvvələr, o cümlədən   dünya   ermənilər    tərəfindən   ciddi  qıcıqla   qarşılandı.

Onu da qeyd etmək vacibdir ki, dövlət başçısının Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illik  yubileyinin qeyd edilməsi  və  2018-ci  ilin  ölkəmizdə  “Azərbaycan  Xalq  Cümhuriyyəti  İli” elan  edilməsi  haqqında  imzaladığı  sərəncamlar  Azərbaycanın  dövlətçilik  tarixində  çox  mühüm  və şərəfli  bir   mərhələ  olan  Şərqdə  ilk   parlamentli   respublikanın  əhəmiyyətinin  hər  zaman  uca  tutulduğunun, eləcə  də  dövlətçilk  ənənələrinə  böyük  dəyər  verildiyinin    bariz   nümunəsidir.

44 gün  davam  edən  İkinci  Qarabağ  müharibəsində  Azərbaycan  ordusu  tam  Qələbə  qazanmışdır. Keçən il dekabrın 2-də Prezidentin  Sərəncamı  ilə  sentyabrın  27-si  Azərbaycanda   Anım  Günü  kimi   təsis  edilmişdir.  İkinci   Qarabağ  müharibəsində   həlak  olmuş   qəhrəman  şəhidlərimizin   əziz   xatirəsi   qarşısında   bu  gün  bir  daha  baş  əyir,onlara  Allahdan  rəhmət  diləyirik. Biz  şəhidlərimizi  öz  qəlbimizdə  əbədi  saxlayacağıq. İkinci  Qarabağ  müharibəsi   bizim  şanlı  tariximizdir. Bu  Qələbə  tarixdə  əbədi  qalacaq. Azərbaycan  Silahlı   Qüvvələri  44  gün  ərzində  düşmən  ordusunu   məhv   edərək   öz  ərazi   bütövlüyünü  bərpa  etdi.

Ofelya Nəsirova,
Kimya Biologiya Təmayüllü Respublika Liseyi, tarix müəllimi.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button