Analitika

İlham Əliyevin Gürcüstana səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Gürcüstana səfəri çox böyük əhəmiyyətə malik idi. Bu səfərin nəticələri təkcə Cənubi Qafqaz ölkələrinin deyil, dünyanın maraq dairəsindədir.
Azərbaycan 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa etdi. Bu il sentyabrın 20-də keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz konstitusion dövlət quruluşunu bərpa etməklə bölgədə yeni eranın başlanğıcı oldu. Artıq bu gün dünyanın diqqəti Cənubi Qafqazdadır.
Prezident İlham Əliyevin Gürcüstana bu səfəri əslində Cənubi Qafqazda böyük barışın, sülhün və sabitliyin başlanğıcını qoydu. Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Tbilisidə verdikləri bəyanatlar bir çox məqamları üzə çıxarıb.

Azərbaycan Prezidentinin verdiyi bəyanatlara əsasən demək olar ki, Cənubi Qafqaz dünyanın yeni quruluşunun mərkəzinə çevriləcək və Azərbaycan ilə Gürcüstan da bu mərkəzin əsas aparıcı dövlətləri olacaq”.
Ermənistanın da bu çağırışlara qoşulması daha böyük səmərə verəcək. Ermənistan rəhbərliyinin Azərbaycan və Gürcüstan liderlərinin sülh çağırışlarına qoşulması ilə həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 formatının təməli qoyula bilər. Bu isə daha böyük birliyin və daha güclü inkişafın əsasını qoyacaq.

Murad Zeynalov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button