Analitika

İlham Əliyev Xankəndi şəhərində

Prezident İlham Əliyevin müraciətində Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır” fikri diqqətə çatdırılıb. Dövlət başçısının kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyinin, bu zəhər yuvasının artıq tarixdə qalması və Qarabağda yaşayan erməni əhalisinin də nəhayət rahat nəfəs ala biləcəyi barədə fikrinə istinad edilib və erməni əhaliyə aşağıdakı mesajları diqqətə çatdırılıb: “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.  Eyni zamanda, Prezident İlham Əliyevin hərbçilərə dinc əhalinin zərbə altına düşməməsi və qorunmasına dair tapşırıq verməsi önə çəkilib. , Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınsa da, 1988-ci ildə Azərbaycan SSR-dən ayrılmış və altıillik münaqişədən sonra 1994-cü ildə etnik erməni qüvvələrinin nəzarətində olan separatçı “dövlət”ə çevrilmişdi. 2020-ci ildəki Vətən müharibəsi və Azərbaycan Ordusunun sentyabrın 19-da bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri separatçıları regionun qalan hissəsini tərk etməyə məcbur edib, ərazi tam nəzarətə götürülüb. Sentyabrın 20-də saat 13:00 radələrində antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib. Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən rəsmilərlə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüşlər keçirilir, Azərbaycan hökuməti bölgəni tərk etməyən erməni əhali üçün reinteqrasiya planını açıqlayıb. Bundan başqa, Azərbaycan Prezidentinin daha əvvəl Ermənistanı regionda bütün kommunikasiyaları bərpa etməyə çağırdığı, o cümlədən Zəngəzur dəhlizinin açılmasının bölgə ölkələri üçün vacibliyini vurğulayıb.

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button