Analitika

İkitərəfli münasibətlərin inkişafına böyük təkan

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir.Sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Qırğızıstan ilə münasibətlərin inkişafı mühüm yer tutur.Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib.Qırğızıstanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış ədəbi-mədəni əlaqələr xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib.Azərbaycanla Qırğızıatan arasında münasibətlər sovetlərin dağılması və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsindən sonra daha da inkişaf etməyə başladı.Hazırda da iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.Bu günlərdə isə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə növbəti  rəsmi səfər etməsi ikitərəfli münasibətlərin inkişafına böyük təkan verməklə yanaşı, mövcud əlaqələrin  səviyyəsini nümayiş etdirir. Səfər zamanı hər iki ölkə başçısı mətbuata mühüm bəyanatlarla çıxış etdilər. Cənab Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin Mərkəzi Asiya ilə yaxınlaşmasının əhəmiyyətindən də danışaraq, xüsusi vurğuladı: “Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk”.

Qeyd etdiyimiz kimi Azərbaycan dünyanın müxtəlif coğrafi məkanlarında yerləşən əksər ölkələrlə yaxından əməkdaşlıq edir, dostluq münasibətləri qurur, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir.

Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button