Analitika

İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi iqtisadi mahiyyəti ilə yanaşı, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir

Naxçıvan regionda ən qədim insan məskənlərindən hesab olunur. Bəzi mənbələrə görə, Nuhun gəmisi burada iki hissəyə parçalanıb. Naxçıvanla bağlı əfsanə və rəvayətlərə tez-tez rast gəlmək olar. Azərbaycanın memarlıq inciləri – XII əsrə aid Möminə Xatun türbəsi və Xan Sarayı da Naxçıvanda yerləşir. Ordubada aparan mənzərəli yollardan keçərək İlandağın haça zirvəsini görəcəksiniz. Əfsanələrə görə, Nuhun gəmisi məhz İlandağa dəyib.

Naxçıvan şəhəri ərazisində aşkar еdilmiş ən qədim tapıntılar е.ə. 2 minilliyin ikinci yarısına aiddir. Bu tapıntılar təsadüfən dağıdılmış qəbirlərdən aşkar еdilmiş bоyalı qablar, tunc əşyalar və başqa maddi-mədəniyyət nümunələrindən ibarətdir. Maddi-mədəniyyət qalıqlarına əsaslanaraq bəzi tədqiqatçılar Naxçıvan şəhərinin əsasının е.ə. 2 minillikdə qоyulduğunu qеyd еtmişlər. Tədqiqatlar zamanı Naxçıvan şəhəri ərazisində Tunc dövrünə aid qəbir abidələri, Antik dövrə aid təsərrüfat binalarının qalıqları və qəbir abidələri aşkar оlunmuşdur. Bеlə güman еtmək оlar ki, yaşayış yеrinin qalıqları müasir tikintilərin altında qalmışdır. Naxçıvan şəhərinin ərazisində е.ə. 2 minillikdə yaşayış оlması hеç bir şübhə dоğurmur. Qədim Naxçıvan şəhərinin qalıqları indiki hərbi şəhərciyin müasir tikintiləri, yaxud оrta əsr Naxçıvan şəhərinin xarabalıqları altında qalmışdır. Qеyd еtmək lazımdır ki, qədim Naxçıvan şəhərinin yaxınlığında е.ə. 2 minilliyin əvvəllərində bir nеçə yеrdə, о cümlədən, Şahtaxtı, Qızılburun və Qarabağlarda şəhər tipli yaşayış yеrləri mövcud оlmuşdur. Naxçıvan şəhəri е.ə. 3-2 minilliklərdə təşəkkül tapan qədim şəhər mədəniyyətinin ən mühüm mərkəzlərindən biri оlmuşdur.

«Naxçıvan» sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və tarixi qaynaqlara görə «Naxçıvan» «Nəqşi -cahan», yəni «dünyanın naxışı», «dünyanın bəzəyi» sözlərindən yaranmışdır. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə «Naxçıvan» toponimi Nuh peyğəmbərlə, daha doğrusu «dünya tufanı» ilə bağlı olub «Nuhçuvan» – «Nuh tərəfdarlarının məskəni», «Nuhun diyarı» deməkdir. Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir.

Naxçıvan sözü «Nakçuana/Naxçuan» – «möcüzəli və yaxşı sular diyarı», yaxud «müalicəvi mineral sular ölkəsi» kimi də izah olunur.

Ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyəti dövründə Ermənistan tərəfin­dən blokada şəraitində olan regionun sosial-iqtisadi vəziy­yətinin yaxşılaşdırılması və tərəqqisi üçün əhəmiyyətli təd­birlər görülüb, aqrar islahatlar reallaşdırılıb, infrastrukturun inkişafı istiqamətində mühüm işlər həyata keçirilib. Məhz dahi şəxsiyyətin müdrik siyasəti sayəsində bölgənin tərəqqisinin davamlılığını gerçəkləşdirmək üçün regional və beynəlxalq əlaqələr qurulub, sonrakı dövr üçün ölkəmizin bütün regionları kimi, Naxçıvanın da sosial-iq­tisadi inkişafında möhkəm bü­növrə formalaşdırılıb.

Hazırda bu imkanlardan is­tifadə edərək Naxçıvanda iqti­sadi inkişafın sürətləndirilməsi, əhalinin məşğulluğu, sosial ri­fah halının daha da yüksəldil­məsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələ­sinə keçməsi ön plana çıxıb. Mövcud potensialdan daha səmərəli yararlanmaqla böl­gədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığı­nın təmin edilməsi zəruridir. Bu isə, mütəmadi olaraq, Naxçıvan Muxtar Respublikasının sosi­al-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırla­naraq icra olunmasını nəzərdə tutur.

Ağır və çətin illərdə, Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza aramsız hücumlarına baxmayaraq, muxtar respublika Ali Məclisinin sədri kimi Naxçıvanı qoruyan Ulu Öndər bazar iqtisadiyyatının təməli olan özəlləşdirmə islahatlarını ilk olaraq burada həyata keçirdi. Müdrik zəkası, dövlətçilik təcrübəsi ilə möcüzələri həqiqətə çevirən ulu öndər Heydər Əliyevin bu qədim diyara biri-birindən əhəmiyyətli tarixi xidmətlərinin əsas məqsədi Naxçvanı, onun muxtariyyatını qorumaq idi. Yenilikçi dövlət xadimi Ulu Öndərin uzaqgörənliyinin və xalqına olan sonsuz bağlılığının, məhəbbətinin ifadəsi olan atılmış hər addım bu gün Azərbaycanda yeni dövrün tələblərinə uyğun aparılan iqtisadi siyasətin təməl prinsipləridir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button