Analitika

Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də dövlətlərarası münasibətlərin inkişafıdır

Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilib. XX əsrin 70-80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. 1993-cü ildən etibarən Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır.  Ulu öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. SSRİ dağılandan sonra istiqlaliyyət qazanmış türk xalqları arasında tarixi mənəvi bağların, iqtisadi, siyasi və humanitar əlaqələrin qurulması və genişləndirilməsində dövlət başçılarının mütəmadi görüş və müzakirələrinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan Heydər Əliyev bu sahədə Türkiyə Cümhuriyyəti tərəfindən atılan addımları, verilən dəstəyi yüksək qiymətləndirirdi. Xüsusilə də, Prezident Turqut Özalın 1992-ci ildə Ankarada yeni istiqlal qazanmış türk cümhuriyyətlərinin dövlət başçılarının ilk Zirvə görüşünün xalqlarımızın qarşılıqlı əlaqələrinin daha da zənginləşməsində faydalı başlanğıc olduğunu qeyd edirdi.

Əzəl gündən azərbaycançılıq məfkurəsini milli istiqlalın tərkib hissəsi kimi təlqin edən  Heydər Əliyev  milli kimliyi  etnik mənsubiyyətlə üzvi əlaqələndirməklə yanaşı, vətənçiliyə, azərbaycançılığa üstünlük verirdi. Hələ 24 noyabr 1990-cı il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan xalqının milli kimliyi və türk dili məsələsi ilə əlaqədar müxtəlif fikirlər səsləndiriləndə Heydər Əliyev bununla bağlı birmənalı olaraq öz fikrini bildirmişdi. Bu gün Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini tutaraq etibarlı tərəfdaşa, qüdrətli ölkəyə çevrilmişdir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev ulu öndərin təməlini qoyduğu bu siyasətini düzgün istiqamətdə aparır. Bu gün Avropa dövlətləri bu baxımdan Azərbaycanla əməkdaşlığa daha çox maraqldır. Prezident İlham Əliyev xarici siyasətində Avropa İttifaqı ilə də əməkdaşlığa xüsusi önəm verir. Bu təşkilatla bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. İlk növbədə, neft enerji sahəsində əməkdaşlığa diqqət göstərilir. Cənab Prezident hər zaman  diplomatik və iqtisadi müstəvidə Azərbaycanın mənafeyini əsas götürür. Bu gün Azərbaycan regional lider statusunu məhz Prezident İlham Əliyevin mükəmməl xarici siyasəti nəticəsində möhkəmləndirib. Məhz bu xarici siyasətin nəticəsidir ki, ölkəmiz Beynəlxalq arenada öz sözünü deyərək  nüfuzunu göstərir.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button