Heydər Əliyevin çoxsahəli fəaliyyəti
“Bizim tutduğumuz yol doğru yoldur, düzgün yoldur, ədalətli yoldur, bu yolla biz bundan sonra da gedəcəyik, müstəqil Azərbaycanın dövlətçiliyini möhkəmləndirəcəyik və kim bu yolda bizimlə bərabərdirsə, o öz xalqına xidmət etmiş olacaqdır. Kim bu yolda bizə mane olacacaqsa, o maneələri biz aradan götürməyə qadirik “- Heydər Əliyev
Tarixi həqiqətlər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən, ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi birbaşa asılıdır. Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir. İnkişaf zirvəsinə yüksəlmiş hər bir dövlətin tarixində müdrik, istedadlı və uzaqgörən liderlərin imzası vardır. Həmin dahi liderlərdən biri olan ulu öndər, ümummili lider Heydər Əliyev də məhz Azərbaycan xalqının həyatına günəş kimi doğmuşdur.
1923-cü il mayın 10-da Azərbaycanın tarixi torpaqlarından olan Naxçıvan şəhərində göz açan dahi lider Heydər Əliyev çoxuşaqlı, sadə bir ailədə böyüyüb boya – başa çatmışdır.Onun doğulduğu tarix, tərkibinə Azərbaycanın daxil olduğu Sovet İttifaqının formalaşdığı və bununla bağlı olaraq üzləşdiyi son dərəcə mürəkkəb proseslər dövrü idi. 1993-cü ilin iyununda Azərbaycanın məruz qaldığı hakimiyyət böhranı, dövləti parçalamaq təhlükəsi ilə üz-üzə qoydu. Respublikanın siyasi rəhbərliyi yaranmış ağır vəziyyətdən çıxmaq üçün xalq arasında böyük nüfuza malik olan Heydər Əliyevi Bakıya-Milli Məclisin sədri vəzifəsinə dəvət etdi. Heydər Əliyevin həyata keçirdiyi tədbirlər tez bir zamanda vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Keçmiş prezidentə etimadsızlıq nümayiş etdirən xalq Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev prezident seçiləndən sonra ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təsirli tədbirlər görməyə başlamışdı. Onun hakimiyyəti dövründə Ermənistan – Azərbaycan arasında atəşkəs əldə edildi. Atəşkəsin əldə olunması Heydər Əliyevin önəmli xidməti idi. Atəşkəs əldə olunandan sonra Azərbaycan beynəlxalq əhəmiyyət kəsb edən ciddi layihələrə qoşulmuşdu. Bununla yanaşı olaraq Heydər Əliyev Azərbaycanı SSRİ-nin üzümçülük respublikası etmişdi. Taxılçılığın strateji əhəmiyyətini nəzərə alaraq, bir sıra rayonların taxılçılıq üzrə ixtisaslaşmasına nail olmuşdu. Kənd təsərrüfatında elmi nailiyyətlərin tətbiqi, yeni bitki və meyvə sortlarının yaranmasına xüsusi diqqət yetirirdi. Ulu öndər Azərbaycanı neft xammalı ixracatçısından nefti son məhsula çevirən emal sənaye ölkəsinə çevirdi. Vaxtı ilə aldığı memarlıq təhsili ona ona Azərbaycanda şəhərsalma mədəniyyətinin inkişafı üçün kömək edirdi. Bakı metrosunun yeni stansiyaları öz milli memarlıq üslubu və təkrarolunmazlığı ilə dünyanın bütün analoqlarından fərqlənirdi. Müxtəlif peşə sahibləri Heydər Əliyevlə ünsiyyətdə onu öz həmkarları kimi qəbul edirdilər.Təhsil və gənclər onun uzaqgörən siyasətinin bünövrəsini təşkil edirdi.Heydər Əliyevin hakimiyyəti dövründə minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilirdi. Hakimiyyətdə olduğu dövürdə görülən ən böyük işlərdən biri Azərbaycan dilinin qorunması idi. Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu və xilaskarı kimi azərbaycanlıların həyat fəaliyyətinin mayakı olmuşdu.
Leyla Fətəliyeva,
YAP-ın fəalı