Görülən işlərin miqyası və sürəti ölkəmizin iqtisadi gücünün göstəricisidir
44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuzun qazandığı ən böyük uğurlardan biri də Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurub və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad etməklə, Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratması oldu. Ordumuz Zəngilanın azad edilməsi uğrunda əməliyyata 18 oktyabr 2020-ci il tarixində başlamışdır. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir ki, Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri , Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və 5 adsız yüksəklikləri, 52 kəndi Ermənistan işğalından azad olunmuşdur. Rəşadətli ordumuz qısa bir müddətdə sadəcə bu ərazini azad etməklə qalmamış, 132 kilometr Azərbaycan-İran sərhədini də bərpa etmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş bərpa quruculuq işləri aparılmaqdadır. Əlbəttə bu işlər böyük maliyyə tələb edir. Görülən işlərin miqyası və sürəti ölkəmizin iqtisadi gücünün göstəricisidir. Füzuli rayonu ərazisində tikilmiş, regional və beynəlxalq əhəmiyyətli layihələrdən biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Hazırda Hava Limanı ilk sərnişinlərini qəbul etməyə hazırlaşır. Rayonumuzun ərazisində yol-nəqliyyat infrastrukturu müasir standartlara cavab verəcək səviyyədə qurulur. Ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə davamlı səfərlər etməsi və bu səfərlər zamanı xüsusi əhəmiyyətli obyektlərin açılışını reallaşdırması qəti əminlik yaradır ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur gülüstana çevriləcəkdir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı