AnalitikaGündəmSiyasət

Gənclər gününün tarixi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Gənclər gününün tarixi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  1994-cü ildə Ümummilli Liderimizin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndər 1995-ci ildə gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 1996-cı ilin 2 fevral tarixində birinci Gənclər Forumu baş tutdu. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Sərəncamla isə Azərbaycan Gənclərinin Forumunun keçirildiyi tarix – 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı. Ondan sonra keçən dövrdə Azərbaycanda hər 3 ildən bir gənclər forumları keçirilir. 1999-cu ildə Ulu Öndərin “Dövlət Gənclər Siyasəti”nin həyata keçirilməsi ilə bağlı Fərmanı, 1999-cu ildə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi” Proqramı gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlar kimi qiymətləndirilməlidir. 2001-ci il sentyabrın 3-də Ümummilli Liderin elmə verdiyi yüksək qiyməti və gənclərə göstərdiyi qayğını bir daha əməllərində sübut edərək “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalamışdır. Bu Fərmanın ali məktəblərdə təhsil alan gənclərə öz elmi fəaliyyətlərində daha böyük uğurlar əldə etmək üçün böyük bir stimul və maddi dəstək olmuşdur. 2 fevral 1998-ci ildə Ulu öndər Heydər Əliyev gənclərə müraciətlə demişdi: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin əlverişli şəraitdə yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti ilə məşğul olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik.”

Prezident İlham Əliyevin hakimiyyəti dövründə də gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Gənclər üçün yeni imkanlar yaradılıb, onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən mühüm töhfə verilib.Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nı (2005-2009-cu illər) təsdiq etdi.”2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı” qəbul olundu. 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edildi.Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı gələcəyə yönəldir.

Həsən Xələfov,
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin t
arix müəllimi 

Oxşar Xəbərlər

Back to top button