Gündəm

Gənc Mühasiblər İctimai Birliyi “Dövlət-özəl sektor-QHT əməkdaşlığı: problemlər və həlli yolları” layihəsinin icrasına davam edir

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

İcxeberinfo.az xəbər verir ki, layihənin əsas məqsədi Dövlət, özəl sektor və QHT əməkdaşlığının sahəsində mövcud problemlərin araşdırılması, müzakirəsi və bu istiqamətdə şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə Bakı şəhərində mövcud “Dövlət – Özəl sektor – QHT əməkdaşlığı” platforması tərəfindən 17 oktyabr 2023-cü il tarixində  ilk Dəyirmi Masa keçirildi. Dəyirmi Masa zamanı “Dövlət-Özəl sektor- QHT əməkdaşlığı” platformasının Əsasnaməsinin hazırlanması məqsədilə hər 3 sektorun nümayəndələri ilk növbədə problemləri səsləndirdi, müvafiq olaraq həll yolları müzakirə edildi. Həmçinin platformanın fəaliyyətinin formalaşması istiqamətində tədbir iştirakçıları tərəfindən təkliflər irəli sürüldü.

Qeyd edək ki, layihə 01 avqust 2023-cü il tarixindən 31 oktyabr 2023-cü il tarixinə qədər müddəti əhatə edir.

Oxşar Xəbərlər

Back to top button