Analitika

Füzulidə görülən işlər bərpa prosesinin sürətlə və sistemli şəkildə davam etdiyini bir daha təsdiqləyir

“Qarabağda həyata keçirilən yenidənqurma işləri çərçivəsində Füzuli şəhəri yenidən qurulur, şəhər canlanır və cənab Prezidentin sözləri ilə desək, cənnətə çevrilir. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Artıq burada 800-dən çox insan yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış uğurla icra edilir və bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki,  cənab Prezident İlham Əliyevin oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bir daha ifadə olundu. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsplərinin yeni qaydalarını təsbit edir. Cənab Prezident bildirib ki, Füzuli işğaldan azad olunanda bayraq sancmaq üçün burada bir bina tapılmadı, ancaq bu gün Füzulidə məktəb, inzibati binalar, digər çox mühüm obyektlər inşa edilməkdədir. Füzulinin inkişafı sözsüz ki, regionun inkişafına da öz təsirini göstərəcəkdir:

“Cənab Prezident Füzulinin abadlaşdırılması, işğaldan azad olunan ərazilərin bərpası istiqamətlərində görülən işlərə qiymət verərkən erməni vəhşiliklərinin nümunələrini də bir misal kimi, bir əyani nümunə kimi qeyd etdi. Cənab Prezident həm də onu qeyd etmişdir ki, işğaldan azad olunmuş bütün rayonlarımız kimi, Füzuli də kənd təsərrüfatının inkişafında potensialı olan bir rayondur və burada əkinçiliyin inkişaf etdirilməsi, aqrar sektorun inkişafı üçün hər cür imkanlar vardır. İstər Füzulidə, istərsə də işğaldan azad olunmuş digər ərazilərdə aqrar sektoru canlandırmaq, yüksək məhsul əldə etməkdən ötrü indi yeni əsaslar qoyulur. Bir çox su anbarları inşa edilməkdədir. Köndələnçay, Sərsəng, Suqovuşan, Xaçınçay, Həkəri, Zabuxçay kimi su ehtiyatı olan çaylarımız artıq gələcək inkişafa xidmətə yönəldiləcək və bu çayların, bu anbarların su ehtiyatlarından səmərəli istifadə edilməsi ölkədə kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir”.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin Füzuliyə səfəri və orada sakinlərlə görüşü həqiqətən də qürur doğurur. Görüş zamanı öz arzu və təkliflərini bildirən insanlar cənab Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasəti, onun qətiyyətli, cəsarətli addımlarını yüksək qiymətləndirməklə bərabər, daima Prezidentimizlə bir yerdə olduqlarını nəzərə çatdırdılar və sözsüz ki, sakinlərin bu söylədikləri hər bir Azərbaycan vətəndaşının ürəyindən gələndir. Çünki bu günlərdə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bizim yenilməz üçrəngli bayrağımızı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər yaşayış məskənlərimizdə ucaltmaqla, dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı mübariz, qətiyyətli, humanist, öz haqqı və ədalət uğrunda sonadək mübarizə aparan xalqdır.

Oxşar Xəbərlər

Back to top button