Analitika

Füzuli şəhərində bərpa-quruculuq işləri sürətlə davam edir

Dövlətimizin şanlı qələbəsilə başa çatan 44 günlük qəhrəmanlıq savaşımız hər bir Azərbaycan vətəndaşının  qürur mənbəyidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuz xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu! Xalqımız öz ata-baba torpaqlarına qovuşdu .

Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə irimiqyaslı bərpa-quruculuq layihələrinə start verdi, Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələyə qədəm qoyaraq rayonların sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən layihələrin icrasını həyata keçirməyə başladı.

Vətən müharibəsindəki qələbədən sonra  işğaldan azad olunmuş ərazilərimiz  minalardan və partlamamış hərbi sursatlardan təmizlənməyə başlandı, bununla yanaşı müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin və nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində  də mühim işlər görülməkdədir.

Füzuli şəhəri Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun gücü sayəsində 17 oktyabr 2020-ci ildə erməni işğalçılarından təmizlənmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biridir. Artıq Füzulidə nəqliyyat yolları, hava limanı, digər infrastrukturlar inşa edilib və bu proses davam etməkdədir. Bütün məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini yaxından izləyir və səbirsizliklə qayıdacaqları günü gözləyirlər.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button