
Füzuli şəhərinin azad olunmasından sonra qarşıya qoyulan mühüm məqsədlərdən biri bölgənin nəqliyyat imkanlarını genişləndirmək idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri sırasında Füzuli Beynəlxalq Hava Limanı xüsusi yer tutur. Hava limanının yaradılması şəhərin müasir inkişaf yoluna çıxmasının və Qarabağın nəqliyyat əlaqələrinin gücləndirilməsinin mühüm göstəricisidir.
Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə istifadəyə verildi. Qısa müddətdə yaradılan bu mühüm nəqliyyat obyekti azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin nümunəsi oldu. Hava limanı bölgəyə səfərləri asanlaşdırır, rəsmi nümayəndə heyətlərinin qəbuluna və nəqliyyat əlaqələrinin inkişafına imkan yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə həyata keçirilən layihələr bir-birini tamamlayan infrastruktur sisteminin yaradılmasına yönəlib. Hava limanı ilə yanaşı, avtomobil yolları, yaşayış məntəqələri və sosial obyektlər də qurulur. Bu yanaşma şəhərin ölkənin digər bölgələri ilə əlaqələrinin möhkəmlənməsinə və iqtisadi imkanlarının genişlənməsinə kömək edir.
Nəqliyyat infrastrukturunun inkişafı gələcəkdə turizm, xidmət sektoru, sahibkarlıq və logistika sahələri üçün yeni imkanlar yarada bilər. Şəhərin əlçatanlığının artması investorların, mütəxəssislərin və qonaqların bölgəyə səfərlərini asanlaşdırır. Bununla yanaşı, yeni nəqliyyat imkanları Füzulinin Qarabağın digər şəhərləri ilə iqtisadi və sosial əlaqələrinin inkişafına xidmət edir.
Füzuli Şəhəri Günü münasibətilə hava limanının əhəmiyyətini qeyd etmək şəhərin gələcəyinə nəzər salmaq deməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan infrastruktur azad edilmiş ərazilərin inkişafını sürətləndirməyə yönəlib. Füzuli Beynəlxalq Hava Limanı qələbədən sonra quruculuğa, inkişaf və tərəqqiyə keçidin rəmzlərindən biridir.
Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı



