Analitika

Ermənistan ordusunun antiterror tədbirləri ilə susdurulması

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi  qədim zamanlara dayanır,bu münaqişə 20-ci əsrin tarixinə ən faciəli hadisələrdən biri kimi daxil olub və bu hadisələr milyonlarla azərbaycanlının taleyinə təsir göstərib. Münaqişənin yaranmasının başlıca səbəbi isə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları olmuşdur. 1988-1994-cü illəri əhatə edən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanın Qarabağ bölgəsini və onun ətrafındakı yeddi rayonu işğal etmiş, dinc əhaliyə divan tutmuş və milyonlarla azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. 2020-ci il 27 sentyabrda başlayan, 44 gün davam edən və nəticə olaraq 10 noyabr bəyənatı ilə atəşkəs imzalanan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz doğma torpaqlarını işğaldan azad edib. Lakin ermənilər 10 noyabr üçtərəfli bəyanatın tələblərinə əməl etmir və öz təxribatlarına ara vermirdilər. 2023-cü il 19 sentyabrda Azərbaycan  Daxili İşlər Nazirliyinin polislərnin  Xocavənd rayonu ərazisində, yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olması,həmçinin Azərbaycan ərazisində qeyri-qanuni yerləşən erməni silahlı dəstələri ordunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmasına  cavab olaraq Azərbaycan ordusu konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başladı və elə hərbi əməliyyatların 1ci günündə Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi nəzarət altına alınıb, mina və hərbi təyinatlı digər vasitələr zərərsizləşdirildi. Ermənistan dövləti bir daha Azərbaycan xalqının, Ali Baş Komandanın və rəşadətli Azərbaycan ordusunun gücünü gördü və tərk-silah edib,təslim oldu. 2023-cü il 20 sentyabrda müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edildi.

Abbasova Zərxanım,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button