Analitika

Ermənistan anti-terror tədbirlərinə davam gətirə bilmədi

Azərbaycanın Qarabağ bölgəsində olan qeyri-qanuni erməni silahlı ünsürlərinin uzun müddətdir Azərbaycan ordusuna və hüquq mühafizə orqanları əməkdaşlarına qarşı davam edən silahlı hücumları və təxribatları Azərbaycanı 19 sentyabr tarixində antiterror əməliyyatı başlatmağa məcbur edib. Qeyd edek ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb. Ermənistan Silahlı Qüvvələri birləmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilib. Azərbaycan Respublikası dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Bu gün, 2023-cü il sentyabrın 20-də saat 13:00-da separatçı rejim, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olaraq ağ bayrağını qaldırıb. Qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqələrindən və hərbi postlardan çıxır, ərazilərimizi tərk edirlər. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməyən Ermənistan silahlı qüvvələri, 24 saatlıq anti-terror əməliyyatımızın qarşısında da davam gətirə bilmədi. Var olsun Müzəffər Ali Baş Komandanımız, var olsun Rəşadətli Azərbaycan ordusu, var olsun Dövlətimiz!

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button