Analitika

Erməni vandalizminin acı fəsadları

XX əsrin 90-cı illərinin gərgin siyasi gedişi ittifaq tərkibindən ayrılan digər Respublikalardan fərqli Azərbaycana yalnız iqtisadi böhran, siyasi gərginlik yaratmadı. Ölkəmiz bütün çətinliklərlə yanaşı ermənilərin əsassız torpaq iddiaları ilə də üzləşdi. Qarabağ təxminən otuz ilə yaxın müddətdə Azərbaycanın yaralı yeri olmuşdur. 2020-ci ildə cənab Prezident İlham Əliyevin düzgün siyasəti və Azərbaycan Ordusunun əzmi, rəşadəti sayəsində bu haqsızlığa son qoyuldu.90-cı illərin siyasi vəziyyəti geniş təhlil ediləcək mövzudur. Həmin dövrdə müstəqilliyini yeni qazanmış Azərbaycanın Qarabağ problemilə qarşılaşması, çətinlikləri aradan qaldırması hədsiz çətin idi. Erməni vəhşiliklərinə məruz qalmaq, itkilər vermək xalqın zəifliyi deyil, siyasi səbatsızlığın nəticəsidir.Ölkə erməni silahlılarının ağlagəlməz qaniçənliyi, vəhşiliyilə üz-üzə qalmışdı. 1993-cü ilin avqust ayının 23-ü Azərbaycan tarixi üçün acı günlərdən biri kimi yadda qalmışdır. Məhz bu gün bütün mübarizələrə, itkilərə baxmayaraq, Cəbrayıl rayonu ermənilərin nəzarətinə keçdi. I Qarabağ müharibəsində yüzlərlə şəhid verməyimizə baxmayaraq, torpaq itkiləri də yaşadıq. Vətəndaşlarımız dədə-baba torpaqlarından didərgin düşdü, qaçqın həyatı yaşamalı oldu. Yurdlarından didərgin düşmək acı dərd kimi onların ürək yarasına çevrildi.Azərbaycan hər zaman dövlət kimi ədalətin, qanunun tərəfində olmuşdur. Bu səbəbdən də, Qarabağ münaqişəsinin hüquqi yollarla, beynəlxalq vasitəçiliklə həllini uzun illər səbirlə gözləmişdir. Həmin onilliklər insanlarda unutqanlıq, laqeyidlik yaratmadı. Əksinə, torpaqlarımızdan uzaq qalmaq bizləri daha da, birləşdirdi, Vətənə və millətə sevgilə tərbiyyə edilmiş gəncliyimiz yetişdi. Kamil bir insan ömrünə bərabər bu Qarabağ həsrəti artıq bitmişdir. 2020-ci ilin oktyabr ayının 4-də Cəbrayılın rayon mərkəzi və bəzi kəndləri ermənilərdən azad edildi.Vətən müharibəsi Azərbaycanın haqq səsi, ədalətin bərpası, didərgin salınmış insanların dədə-baba torpaqlarına qayıdışı idi. Əraziləri geri qaytardıqdan sonra illərlə ermənilərin nəzarətində olan torpaqlarımızda vəhşiliyin başqa bir şəklilə qarşılaşdıq. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir.Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulması ilə nəticələnmişdir.Onlar həmin əsassız ədavəti təkcə insanlara qarşı deyil, tikililərimizə qarşı da aparmışdı. İşğaldan azad olunmuş ərazilərimizə dönərkən burada bir daha erməni vandalizmini gördük. Onlarla tarixi abidələrimiz ya zədələnmiş, ya da tamamilə məhv edilmişdi. Azərbaycanlıların yaşayış yerləri viran qalmışdır. Bu bir daha sübut edir ki, o məkanlar bizimdir. Çünki insan özünə aid olanı məhv etməz, yaradıb qurar. Bizim öz tarixi torpaqlarımıza geri qayıdacağımızı bildikləri üçün ermənilər dağıdıcılıqdan başqa heç bir iş görməmişdilər.Artıq 4 oktyabr tarixi Cəbrayılın düşməndən azad olunduğu gün kimi qeyd edilir. Bu Zəfəri Ali Baş Komandan İlham Əliyevin düzgün siyasətinə və Müzəffər Azərbaycan Ordusuna borcluyuq.

Əliyev Eyyub,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button