Analitika

Dövlət başçısının uğurlu siyasəti nəticəsində hər birimiz sevincli günlər yaşayırıq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilən ərazilərə növbəti səfəri çərçivəsində oktyabrın 17-də Füzuli şəhərinə gələrək “Füzuli Şəhəri Günü”ndə bura köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, bu gün füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verib. Bura köçən uşaq və yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Ona görə də bu çox böyük bir hadisədir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. İndi Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Füzulidə də yenidənqurma işləri aparılır. Hazırda Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Şəhərdə sakinlərin rahat yaşaması üçün bütün infrastruktur, şərait yaradılıb.

Artıq şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Bu gün artıq 800-dən çox insan öz evlərində yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaqdır. Layihələri icra edərkən, ilk növbədə mühüm əhəmiyyət kəsb edən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır. Məlumdur ki, şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən texnika, mal-qara ilə, bütün lazımi vasitələrini onlara təqdim etməklə kömək göstərəcəkdir. Burada özünüməşğulluq proqramı da icra ediləcəkdir. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəkdir.

Prezident İlham Əliyevin xalqa müraciətində vurğuladığı kimi, bizim ölkəmiz üçün yeni dövr başlayır: “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button