GündəmSosial

Bu ərazilərdə işıq olmayacaq

Masazırda bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq.

İcxeberinfo.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan saat 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Qaçaq Nəbi, Z. A. Tağıyev, Məhəmmədəmin Rəsulzadə, Nizami, Füzuli küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar Xəbərlər

Back to top button