Analitika

Böyük quruculuq siyasəti

Prezident İlham Əliyev 29 sentyabr 2023-cü il tarixində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak edib. Şərqi Zəngəzurun 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdiyi beynəlxalq tədbirə ev sahibliyi etməsi təsdiq edir ki, uzun illər işğal altında qalan torpaqlarımızda həyat bərpa edilib. Düşmən işğalı nəticəsində xarabazara çevrilən bu torpaqlarda ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra edilib, müasir infrastruktur layihələrinin reallaşması üçün lazımi addımlar atılıb.

Azərbaycanın hər bir bölgəsi günbəgün daha da inkişaf edir, yeni inkişaf mərhələsinə qədəm qoyur. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Ölkə başçısı bölgələrdə  aparılan quruculuq-abadlıq işləri ilə daima yaxından maraqlanır, göstəriş və tapşırıqlarını verir. Böyük infrastruktur layihələrinin -elektrik enerjisi ilə təchizat, suvarma, yol infrastrukturu, qazlaşdırma , içməli su layihələrinin, həmçinin sosial infrastruktur layihələrinin-rayonlarda  müasir xəstəxanaların, tibb ocaqlarının, məktəblərin  inşasının həyata keçirilməsi  regionlarda əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, onları narahat edən məsələlərin həllinə  xidmət edir. Azərbaycan Respublikasının 2022–2026-cı illər sosial-iqtisadi inkişaf Strategiyasında əks olunmuş işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına xidmət edir. Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühim işlər görülüb. Bu ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Hər birimiz bölgələrdə aparılan quruculuq və abadlıq işlərini gördükcə sevinc hissi keçiririk. Ölkə başçısının regionların inkişafına dair Dövlət Proqramı çərçivəsində gördüyü işləri dəstəkləyir və alqışlayırıq. Bölgələrimizin  inkişafı ölkəmizin uzunmüddətli inkişafının təminatçısıdır. Demək olar ki, bu gün hər bir bölgədə, hər bir rayonda , hər bir kənddə normal yaşamaq və işləmək üçün  şərait yaradılmışdır və əminik ki , bu işlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button