Beynəlxalq forumların bu ərazilərdə keçirilməsi siyasi elitada çox mühüm sayılır
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirildi. Bu forumun sırf işğaldan azad edilmiş Zəngilanda keçirilməsi düşmənə və havadarlarına göz dağıdır. Səbəbi isə düşmən heç zaman düşünə bilməzdi ki , biz bu torpaqlara qayıdacağıq. Elə istəkləri də ürəklərində qaldı. Artıq Azərbaycan öz suveren ərazilərində forumlar , mərasimlər və digər önəmli tədbirlər keçirdir, ev sahibliyi edir.
Bu gün Azərbaycanın bütün Qarabağ bölgəsi sıfırdan inşa edilir. Prezident İlham Əliyevin uğurlu siyasəti və Azərbaycan ordusunun qətiyyəti bizi Qarabağa qaytardı. Ölkə başçısının tapşırığına əsasən düşmənin darmadağın etdiyi ərazilər bərpa edilir. Zəngilanda artıq keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qayıdıb. Prezident İlham Əliyev Şəhərsalma Forumundakı çıxışında bildirdi ki , burada müasir texnologiyalar tətbiq etməliyik ki , bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. İlk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Biz də bir vətəndaş olaraq əminik ki , dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlar geriyə qayıdacaqlar.
Beynəlxalq forumların bu ərazilərdə keçirilməsi siyasi elitada çox mühüm sayılır. Dünya ölkələrinin prezidentləri belə İlham Əliyevin uğurlu siyasəti haqda danışırlar. Reallığa arxalansaq , düşmənin 30 ildə cəhənnəmə çevirdiyi ərazilər 2 il içərisində cənnətə çevrilib. Sözsüz , hələ də işlər gedir. Davamlı strateji tərəfdaşlıqlar, bağlanan müqavilələr, beynəlxalq ictimaiyyəti işğaldan azad olunmuş ərazilərimizə dəvət etmək önəmli məsələdir . Bəlkə , görərlər ki , biz onlara qarşı təcavüzkar yox , onlar bizə qarşı olublar. Çox güman , yenə də bəziləri reallıqları qulaq ardına vuracaq , həqiqəti anlamayacaqlar. Çünki qanda olan erməni xisləti olanların əksini onlara söyləməyə vadar edir . Qarabağın dünəni və bugününü müqayisə eləsək görərik ki , işğaldan azad edilmiş ərazilər necə gözəl bərpa edilməkdədir. Gündən-günə də Qarabağda işlər yüksələn xətlə davam edir. Tezliklə , 30 il həsrətlə torpaq yolu gözləyən sakinlər ana torpaqlarına qayıdacaq və firavan yaşayacaq.
Ələkbər Saleh,
YAP-ın fəalı