Analitika

Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətləri

Bolqarıstan Avropada ölkəmizə dost, ən etibarlı tərəfdaş ölkələrdən biridir. Azərbaycanla Bolqarıstan arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb və ötən dövrdə iki dövlət arasında əlaqələr uğurla inkişaf edib. Bolqarıstan-Azərbaycan münasibətlərinin fərqləndirici cəhəti ondan ibarətdir ki, bu münasibətlər dostluq, qarşılıqlı hörmət, etimad prinsipləri üzərində qurulmuşdur. Bizim münasibətlərdə heç bir qapalı mövzu yoxdur.Dövlətlər arasında fəal siyası əlaqələr mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev ilə Bolqarıstan Prezidenti Rumen Radev arasında şəxsi dostluq əlaqələri ölkələrimizin münasibətlərinin möhkəmləndirilməsinə böyük töhfə verir. İkitərəfli münasibətlərimizin inkişaf etməsindən, qəbul edilən qərarların  yerinə yetirilməsindən hər iki dövlət  çox razıdır. Bu baxımdan, Bolqarıstan ilə Azərbaycan arasında ümumi cəhətlər çoxdur. Qərarlar qəbul olunur, operativ yerinə yetirilir və biz yaxşı, keyfiyyətli nəticələr görürük. Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə dair Bəyannamənin imzalanması əlaqələri daha yüksək səviyyəyə çatdıracaq.

Son dövr Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb. Ticarət dövriyyəsinin əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan Bolqarıstanın əsas qaz ixracatçısıdır və bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır, Bolqarıstanın qaz istehlakının 50 faizini təmin edir. Bu sahədəki əməkdaşlıq nəinki ikitərəfli əlaqələrimizin inkişafına xidmət edəcək, eyni zamanda, Azərbaycanla Avropa ölkələri arasında qaz sahəsində əməkdaşlığa da çox ciddi təkan verəcəkdir, çünki Azərbaycan qazının Avropaya ixracında Bolqarıstan tranzit ölkəyə çevrilib. Yaxın vaxtlarda Azərbaycanda istehsal ediləcək yaşıl enerji də Bolqarıstana ixrac olunacaq.

Azərbaycanla Bolqarıstan arasında nəqliyyat sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm işlər aparılır. İqtisadi, ticarət, turizm sahələrində də əlaqələrin daha da genişləndirilməsi üçün bir çox imkanlar mövcuddur. Eyni zamanda, sosial, humanitar sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına çalışmaq lazımdır.

Bir sözlə, Azərbaycan və Bolqarıstan arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun gələcək tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.

Rafiq Kalbalıyev,
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button